Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siqaret çəkmək qadınlarda beyini qurudur

  • 2023.10.02 16:54
  • 1461 Baxış
Siqaret çəkmək qadınlarda beyini qurudur


Siqaret kişilərdə ilk növbədə ürək-damar xəstəlikləri riskini artırdığı halda, qadınlarda tamam başqa ağır risk daşıyır.

“Medicina” xəbər verir ki, bu nəticəyə ABŞ Arizona universitetinin genonika üzrə alimləri yeni elmi tədqiqatın nəticələrini açıqlayıb.

Alimlər cinsi mənsubiyyətlə siqaret və digər xəstəliklərin əlaqəsini təhlil ediblər.
Bu məqsədlə 70 min insanın tibbi məlumatları təhlil olunub.


Nəticələr göstərib ki, siqaret yaddaş və verbal öyrənməyə 18 yaşından təsir etməyə başlayır.

Qadınlarda intelektin zəifləməsinə birbaşa tütün, kişilərdə isə ürək-damar xəstəliklərinə siqaret səbəbkardır.

Bu nəticənin altında yatan bioloji səbəblər hələ ki, aydın deyil.

Amma siqaret ürəkdən də çox beyinə təsir edir.

Aygün Musayeva