İslamda ən vacib ibadətlərdən biri olan Ramazan ayı ilə bağlı insanlarda çox sual yaranır. Orucu batil edən və etməyən şərtlər də bura aiddir. Hansı halda orucun pozulduğu isə daha çox maraq doğurur. Ən çox rastlanılan sual isə siqaret və qəlyanın orucu batil edib-etməməsidir.
Bakupost.az bu məsələ ilə bağlı məlumat təqdim edir.
Siqaret və ya qəlyanın orucu pozub-pozmaması tez-tez gündəmə gələn məsələdir.
Dini ayələrə baxsaq, siqaret və qəlyan çəkmək orucu batil edən şərtlərdəndir.
Əgər iinsan orucunu bu hallara görə pozursa, o zaman qəza tutmalıdır.
Amma şəxs başqasının çəkdiyi siqaret və ya qəlyan tüstüsünə məruz qalsa, bu zaman onun orucu pozulmur və qəza tələb edilmir.
Buraya bütün tütün əsaslı dumanlı maddələr daxildir.
Oruc tutmağın əsas mövzusu yemək, içmək, insanın nəfsinə sahib çıxmasıdır.