Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siqaret çəkmək erkən klimaksa səbəb olur - Qadınların diqqətinə

  • 2022.10.31 14:10
  • 1154 Baxış
Siqaret çəkmək erkən klimaksa səbəb olur  - Qadınların diqqətinə


Ginekoloq siqaret çəkən qadınlara xəbərdarlıq edib.

"Medicina" xəbər verir ki, alimlər siqaret çəkmə ilə erkən menopauza arasında əlaqəni sübut edib.

Ginekoloq Mariya Filatova hansı hallarda klimaksın erkən hesab edildiyini açıqlayıb.

"Normada menstruasiya 45-55 yaş arası kəsilir. Əgər menopauza 40-45 yaş arası başlayırsa, bu erkən hesab edilir.
Qadın reproduktiv funksiyasını vaxtından əvvəl azaldan faktorlar - zərərli vərdilşlər, xüsusilə siqaretdir.

Digər səbəblər genetik faktorlar, toksinlər, autoimmun pozulmalardır.

Eləcə də qadının doğularkən yarımçıq və ya vaxtında doğulmasının da təsiri var.

Plastik qablarda və bəzi qidalarda olan bisfenol, pestisidlər də cinsi funksiyaları azaldır.

Böyrəküstü vəz problemləri, şəkərli diabet, revmatoid artrit erkən klimaksa səbəb ola bilər".

Aygün Musayeva