Tütün çəkməyin sağlamlığa daha bir ziyanı elmi tədqiqatla sübut olundu.
Medicina.az xəbər verir ki, Finlandiyanın Helsinki Universiteti tərəfindən keçirilən dünyada böyük və səs-küylq tədqiqat yekunlaşıb.
32 min əkiz üzərində aparılan müşahidələr göstərdi ki, siqaret beyinə qan sızmasına səbəb olur.
Subaraxnodial qansızma çox hallarda ölümlə nəticələnir.
Əvvəlki tədqiqat Avropanın müxtəlif ölkələrindən 80 min əkiz üzərində aparımışdı.
Finlandiyalı alimlər 1958-ci ilə kimi doğulmuş 32 min biryumurtalı əkizin üzərində elmi tədqiqat aparıb.
5 il ərzində onların həyat tərzi, çəkdiyi siqaret, içki miqdarı və sağlamlıq durumları müşahidə olunub. Bu müddətdə 120 nəfər ölüb.
Analizlər göstərib ki, əkizlərdən biri beyinə qansızmadan ölübsə, o digərinə nisbədən daha çox siqaret çəkib. Əkizlər içində siqaret çəkməyənlər arasında beyin qansızmasına rast gəlinməyib.
Bu da onu göstərir ki, siqaretlə SAK qansızması arasında birbaşa əlaqə var.