Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siqaret çəkilən evdə nə baş verir

  • 2021.12.22 15:14
  • 2181 Baxış
Siqaret çəkilən evdə nə baş verir

Evdə tütün çəkmə uşaqların tənəffüs yolları xəstəliyi ilə bağlı xəstəxanaya müraciətlərini 5% artırır.

Medicina..az xəbər verir ki, ikincili tütün tüstüsünün hətta cüzi miqdarı belə, orqanizm üçün zərərlidir.

Tütün tüstüsü təkcə ondan istifadə edənlər üçün deyil, ətrafdakılar üçün də təhlükə mənbəyidir. Ona görə də ailə üzvlərinizi siqaret tüstüsündən qoruyun. Siqaret çəkirsinizsə, onu tamamilə tərgidin. Evdə siqaret çəkilməsinə yol verməyin. Qapı və pəncərələr açıq halda olsa belə, bu, ətrafdakıları ikincili tütün tüstüsündən qorumur.

Siqaret tüstüsündən ayrılan tokiski maddələr divan, pərdə, xalçaların səthinə, paltar və saçlara hopur. Azyaşlı uşaqlar oynadıqları, iməklədikləri zaman və ya siqaret çəkən insan tərəfindən qucağa alındıqda bu toksiki zərrəciklər onların orqanizminə daxil olur.

Evdə və ya dostlarınızın evində olduğunuz zaman sağlamlıq problemlərinizi səbəb gətirməklə yaxınlarınızdan bu vərdişdən çəkinməyi, qapalı mühitdə siqaret çəkməməyi mədəni şəklidə tələb və ya xahiş edin. Bu zaman sizdəmn incimə ehtimalı daha az olar.

Evinizdə külqabı və siqaret saxlamayın. Tütün tüstüsünün 25 faizi siqaret çəkənin ağciyərlərinə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir.

Bu zəhərli hava ilə nəfəsə alan insan passiv və ya ikincili tütün çəkən hesab olunur. İkincili tütünçəkmə hər kəsə, xüsusilə uşaqlara mənfi təsir edir.

Məlumatlara görə, passiv siqaret istifadəsi, yəni siqaret tüstüsünə məruz qalma dünyada ildə 1, 2 milyon nəfərin ölüm səbəbidir. Hər il 8 milyon insan isə siqaret istifadəsinə bağlı səbəblərdən vəfart edir. Uşaq ölümlərinin 28 faizinin də siqaret tüstüsünə məruz qalmaqla bağlı olduğu bildirilir.