Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siqaret çəkənlərin hamısı xərçəng olur?

  • 2023.06.08 16:23
  • 1027 Baxış
Siqaret çəkənlərin hamısı xərçəng olur?
Uğurlu genlərinin hesabına bəzi insanlar illərlə siqaret çəksə belə, xərçəng xəstəliyinə tutulmurlar.


Bu qrupda ağciyər xərçəngi yalnız 10-20% hallarda baş verir.

Eyni zamanda, heç vaxt siqaret çəkməyən insanlar da ağciyər xərçənginə tutulurlar.

“Medicina” xəbər verir ki, Albert Eynşteyn Tibb Kollecinin (ABŞ) tədqiqatçıları bu mövzuda elmi iş aparıblar.


Siqaret ağciyərlərin selikli qişasının (epitelium) hüceyrələrində genetik mutasiyalara səbəb olduğu üçün bədxassəli transformasiya məruz qalırlar.


Alimlər 11-86 yaş arası heç siqaret çəkməyən 14 və 44-81 yaş arası 19 siqaret çəkənin tənəffüs yollarının epitel hüceyrələrindən nümunələr götürüblər.

Məlum olub ki, heç vaxt siqaret çəkməyən insanlar yaşlandıqca, epiteldə kanserogen mutasiyalar toplanır. Bununla belə, mutasiyaların sayı siqaret çəkmə müddəti ilə artır, bu da ağciyər xərçəngi riskinin artmasını əks etdirə bilər.


Təxminən 23 il ərzində ən ağır siqaret çəkənlərdə ağciyər epitel hüceyrələrində mutasiyaların sayının artması prosesi dayanır.

Tədqiqatın müəlliflərindən biri Simon Spivakın sözlərinə görə, çox siqaret çəkənlərin genetik xüsusiyyətlərinə tənəffüs yollarının selikli qişasının hüceyrələrində zədələnmiş DNT-ni "bərpa etmək" və ya zəhərli siqaret tüstüsünü zərərsizləşdirmək, bədxassəli transformasiyanın qarşısını almaq qabiliyyəti daxildir.

Aynurə Məmmədova