30 ildir siqaret çəkən, 52 yaşlı kişi öldükdən sonra öz istəyi ilə orqanları donorluq üçün götürülüb.
Medicina.az xəbər verir ki, meyiti yaran həkimlər onun qaralmış ağciyərlərini çıxararkən fotosunu çəkiblər.
Həkim Çen Çzinyu bu fotonu "siqaretə qarşı ən yaxşı antireklama” adlandırıb və maarifləndirmək məqsədilə yayıb.
Artıq dünya portallarında yer alan foto görənləri qorxudur.
Kişinin donorluq üçün uyğun orqanları olmayıb.
Xəstə elə xroniki siqaret çəkmənin yaratdığı fəsadlardan da dünyasını dəyişib.
"Dünyada milyonlarla siqaret çəkənin ağciyərlərinin sonu budur” – deyə həkim bildirib.