"Bilin və ağah olun ki, siqaret çəkən adamlara, fərqi yoxdur qadın kişi, kök şirəsi və çox kök yemək olmaz”.
Medicina.az xəbər verir ki, bu fikirləri anestezioloq həkim Şahin Məmmədov bildirib.
O, bu qadağanın səbəbini belə izah edib:
"Kökün tərkibindəki beta karotin siqaret çox çəkən insanlarda xərçəng əmələ gəlmə riskini daha da artırır.
Həmçinin bəzi göz vitaminlərindən də ehtiyatlı olsunlar. Çünki göz zəifliyinə görə təyin edilən multivitamin komplekslərinin tərkibində də Beta karotin olur. Bu vitaminlər də siqaret çəkən insanlara olmaz.
Hətta əvvəllər çəkmiş, lakin tərgitmiş insanda da ağciyər xərçəngi riski hələ qaldığı üçün, kök şirəsi və beta karotin tərkibli preparatlarla ehtiyatlı olmalıdırlar”