Qəhvə və siqaret aludəçiləri bəzi vitaminləri orqanizmdə tükətdiklərini bilmirlər.
Medicina.az xəbər verir ki, alimlər sübut edib ki, siqaret çox çəkənlərdə C vitamini, B karotinin miqdarı kəskin düşür.
Eləcə də orqanizmdə sərbəst radikalların miqdarı artır. Bu da ürək xəstəlikləri və xərçəngə səbəb olur.
Bu adamlarda E vitamini də kəskin düşür. Bu vitamin damarların tonusunu artırır.
O zaman əlavə vitamin qəbul edərik düşünənlərə bəd xəbər var.
Heç bir vitamin tableti bu defisiti doldurmayacaq, çünki nikotin onları da məhv edəcək. Yeganə yol siqareti tərgitməkdir.