Avstraliyalı alimlәr tərəvəzlərdə olan amin turşularının siqareti tərgitməyə yardımçı olduğunu aşkarlayıblar. Braziliyalı araşdırmaçılar da bu faktı təsdiqləyiblər.
Medicina.az xəbər verir ki, 34 nəfər siqaret aludəçisinin iştirak etdiyi araşdırma zamanı amin turşularının sağaldıcı təsiri müşahidə edilib.
Araşdırmanın rəhbəri professor Maykl Berk amin turşusunun ən yaxşı mənbəyinin kahı olduğunu vurğulayıb. O bildirib ki, digər yaşıl yarpaqlı tərəvəzlər də amin turşuları ehtiva edirlər:
"Ancaq kahı bu maddə ilə daha zəngindir. Amin turşularının siqareti tərgitmək üçün həkimlər tərəfindən yazılan dərmanlardan belə daha təsirlidir. Amin turşuları arasında ən güclüsü olan NAC siqaretlə yanaşı kokain və digər narkotik maddələrə aludə olanları da müalicə edə bilir. NAC maddəsi narkotikə qarşı duyulan ehtiyacın, aclığın qarşısını alır. Bu maddə həm də narkotiklərin beyinə vurduğu zərəri önləyə bilir".
Mütəxəsislər narkotik aslılığından əziyyət çəkənlər üçün tərkibində NAC maddəsi olan yeni dərmanların hazırlanacağını bildirirlər.
Siqaret aludəçiləri isə salatlarına bol miqdarda kahı əlavə edərək 1 ay ərzində siqaretdən xilas ola bilərlər.