Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siqaret çəkənlər ağciyərlərini necə təmizləsin - TÜRKƏÇARƏ

  • 2018.10.18 15:27
  • 83505 Baxış
Siqaret çəkənlər ağciyərlərini necə təmizləsin -  TÜRKƏÇARƏ
Məlum olduğu kimi siqaret çəkmək bir çox xəstəliklərin yaranmasına səbəb olur. Hər gün bəlkə yüzlərlə insan siqareti çəkmə vərdişini tərgitməyə çalışır, buna nail olanlar da olur. 


Tütündən imtina etdikdən sonra isə orqanizmi təmizləmə prosesi başlayır.


Medicina.az siqaretdən istifadə edən və tərgidənlər üçün vücudun  zərərli maddələrdən necə təmizləməli olduğuyla bağlı məsləhətlər verir:


Zəncəfil – ağciyəri təmizləyir, bədən ölçünüzü formada saxlayır. İstənilməyən mikrobları ağciyərdən təmizləməyə kömək edir. Zəncəfili dəmləyərək çayını içə və ya onu dilimləyib yeyərək istifadə edə bilərsiniz.


Tərkibi antioksidant maddəsi ilə zəngin olan sarımsaq ağciyərləri zərərli maddələrdən təmizləyir. Əlavə olaraq immun sistemini gücləndrir, xəstəliklərə qarşı qoruyur.


Keçibuynuzu – xüsusilə siqaretdən istifadə edənlər üçün çox faydalıdır. 5 ədət keçibuynuzu 1 litr suda qaynadılaraq ac qarnına içilərsə, siqaretin verdiyi zərərlərdən müəyyən qədər xilas olmuş olarsınız.