Bu fikri Vanderbilt Universitetinin mütəxəssisləri səsləndirib. Onlar yekunlaşdırdıqları araşdırmalarının nəticəsi olaraq elan ediblər ki, xroniki nikotin çəkənlərin ürəyi siqareti tərgitdikdən 15 il sonra bərpa olur.
Medicina.az xəbər verir ki, elmi işdə 8 000 insanın məlumatları incələnib. Alimlər 20 ildən artıq ağır nikotin istifadəçilərini ayrıca qrupa daxil edərək, onların səhhətini 20 il izləyiblər. Günə bir qutu siqaret çəkənlərin 70%-i infarkt və insult keçirmək riski altında olan bu qrupa daxil olan insanlardan siqareti tərgidənlərin ürəyi hər il müayinə olunub.
Əvvəllər qeyd olunan 5 ilə ürək normaya qayıdır fikri təsdiqini tapmayıb. Ekspertlər deyir ki, müşahidələr göstərib ki, yalnız 16 ildən sonra ürək və ağciyərlərin vəziyyəti normallaşıb siqaret çəkmədən öncəki vəziyyətinə qayıda bilir.
Alimlər həmçinin, siqaret əvəzi elektron siqaret çəkməyin də orqanizm üçün zərərli olduğunu, ürək və ağciyərləri nikotində olduğu kimi zədələdiyini bildirir.