Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siqaret çəkən anaların övladları tez qocalır

  • 2023.06.24 18:53
  • 2495 Baxış
Siqaret çəkən anaların  övladları   tez qocalır
Ananın siqaret çəkməsi səbəbindən dölün reproduktiv sistemi zədələnir. Əgər döl qız olarsa, sonsuzluq inkişaf edə bilər.


“Medicina” xəbər verir ki, bu fakt Kembric Universitetinin alimləri tərəfindən müəyyən edilib.

Mütəxəssislərin sözlərinə görə, yumurtalar qadın orqanizmində hələ mövcud olduqda əmələ gəlir və ana bətnində inkişaf edir.

Qızlar artıq müəyyən bir yumurta tədarükü ilə doğulurlar. Onların tədarükünün tükənməsi ilə təbii olaraq menopauza baş verir .

Alimlər siçovullar üzərində təcrübələr aparıblar, məlum olub ki, qadın dölün siqaret çəkən ananın onunla paylaşdığı tütün tüstüsünə məruz qalması səbəbindən hipoksiya ilə qarşılaşır, bu səbəbdən daha az yumurta yığır.


Bədənində qeyri-kafi miqdarda yumurta ilə doğulan qız uşağı gələcəkdə sonsuzluq riskinin artması ilə yanaşı, reproduktiv sağlamlıq dövrünün daha az olması ilə üzləşir.

Ananın siqaret çəkməsi səbəbindən qadın dölündəki yumurtaların sayı orta hesabla 30% azalıb. Bundan əlavə, yumurtalıqların toxumaları daha tez qocalır.

Günay Quluzadə