Siqaret çəkmək ən məşhur terotogenlərdən hesab edilir. Başqa sözlə siqaret çəkmək dölün inkişafında bir sıra qüsurlara səbəb ola bilər. Əvəllər bunu yalnız ananın siqaret çəkməsinə aid edirdilər. Lakin analizlər nəticəsində məlum olub ki, dölün ürək qüsuru ilə doğulmaması üçün ana və atanın eyni vaxtda siqareti tərgitməkləri tələb olunur.
Medicina.az bildirir ki, Çin mütəxəssisləri 137574 ürək qüsurlu və 8.8 milyon sağlam uşaq üzərində 125 araşdırma aparıblar. Bütün uşaqların valideynlərinin zərərli vərdişləri haqda məlumatlar toplayıblar.
Araşdırmaçılar sübut ediblər, atanın siqaret çəkməsi uşaqda ürək qüsurunu riskini 20% artırır. Bundan başqa müəyyən olunub ki, ananın siqaret çəkməsi uşaqda ürək qüsuru riskini 2.25% artırır.
Qadınların passiv siqaret çəkən olması hətta onun hamilə qalmasından əvvəl də olsa gələcək uşağa mənfi təsir edir. Müqayisə üçün deyək ki, hamiləlik zamanı siqaret çəkən qadınlarda uşağın ürək qüsuru ilə doğulması ehtimalı yüksək olur nəinki hamilə olmazdan əvvəl.
Qadınlar hamilə qalarkən siqareti atır və ya məhdudlaşdırırlar. Amma onlardan fərqli olaraq atalar bunun uşağa heç bir zərər vuramayacağını düçünərək siqareti tərgitmirlər.
Hal-hazırda dünya üzrə hər 1000 körpədən 8-i ürək üsuru səbəbindən dünyasını dəyişir.