Yəqin ki, hamiləlikdən öncə və hamiləlik boyu bütün qadınlara demək olar, bütün ginekoloqların təyin etdiyi fol turşusu, yəni B 9 vitamini barədə eşitmisiz.
Azərbaycanda hamımız bu vitaminin əsklikliyindən əziyyət çəkirik, çünki qidalarımız onu bizə vermir.
Ona görə hamilələrə ucdantutma fol turşusu vitamini təyin edilir ki, dölün baş beyni, sinir sistemi normal formalaşsın, əqli qüsurlu uşaqlar doğulmasın.
Fol turşusu əskikliyi o qədər dəhşətli fəsadlar verir ki, hamilələr tez ən yaxşılarını alıb içir. Baxmayaraq ki, həkimlər hamiləliyə hazırlıq dövründə, ən azı 6 ay əvvəldən orqanizmdə fol turşusunu artırmağı məsləhət görürlər, təbii ki, bizdə hər şey ən sonda alınır.
Medicina.az xəbər verir ki, biz də dəfələrlə fol turşusunun təkcə hamilələrə yox, eləcə də gənclərə, yaşlılara təyin olunmasının gərəkliliyi barədə yazmışıq.
Amma Avropada yaşayan Rusiyalı həkim Tatyana Andronovna öz kanalında əsaslı sübut və Avropada aparılan son elmi tədqiqatların nəticəsi olaraq sintetik fol turşusunun, yəni apteklərdə satılan sintetik fol turşusunun istər adi insanlar, istər hamilələr tərəfindən qəbulunun faydalı yox, zərərli olması barədə xəbərdarlıq edib.
O bildirib ki, adi fol turşusu 1945-ci ildən etibarən süni kimyəvi yollarla alınır və bu vitaminlərin kimyəvi formulu insan orqanizmində düzgün mənimsənilib, son lazım olan maddəyə çatmır. Ona görə də çox və müntəzəm fol turşusu sintetik vitaminlər qəbul edən insanlarda gələcəkdə bu onkoloji xəstəliklər yarana bilər: mədə xərçəngi, bağırsaq xərçəngi, uşaqlıq xərçəngi, süd vəzi, prostat xərçəngi, ağciyər şişləri.
Eləcə də xərçəng olmasa belə və ya o mərhələyə qədər fol turşusu onu qəbul edəndə aşağıdakı halları yarada bilər:
- Mədə-bağırsaq pozulmaları
- Əsəb, nevroz, gərginlik
- Demensiya
- Beyin funksiyalarının zəifləməsi
- Vitiliqo
- Mədə-bağırsaq, öddə olan polipləri bədxassəliyə çevirir
- Nevropatiya
- Narahat ayaqlar sindromu
- Uşaqlıq boynu displaziyası
- Diqqət yayqınlığı
- Hiperaktivlik sindromu
- Anemiya
- Autizm
- Diareya
- Hiperreflesk
- Əzələ səyriməsi
Fol turşusu ilə 5MTHF + methylcobalamine arasında fərqi bilməlisiz. İnsan orqanizminə 5MTHF + methylcobalamine lazımdır, bu isə sintetik vitaminlərin qəbulu zamanı alınmır. Yalnız 5MTHF hamilələrə sağlam döl lazımdır, eləcə də digər insanlara sağlamlıq üçün tələb olunur. Ona görə fol turşusu alarkən bu adda olanı və ya formulda olanı almalısız.
Həkimin videosunu təqdim edirik.
Təəssüf ki, çıxış rus dilindədir. Yaxın vaxtlarda tam mətni tərcümə edəcəyik.