Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sinqapurda koronavirus adi qripə çevrilir– Yeni plan

  • 2021.07.08 19:15
  • 1816 Baxış
Sinqapurda koronavirus adi qripə çevrilir – Yeni plan



Sinqapurda kovidlə birlikdə sülh şəraitində yaşamaq və pandemiyadan çıxmaq üçün yeni plan tətbiq edilir.


Medicina.az xəbər verir ki, Sakit okean regionunda Asiya ölkələri içərisində koronavirusla mübarizədə ən effektiv yol Sinqapurdadır. Bu vaxta kimi ölkədə 62 min insan yoluxub, cəmi 36 nəfər ölüb.


Sinqapur adi həyata qayıtmağa hazırlaşır.

“Pis xəbər odur ki, biz kovidi tam aradan çıxara bilmirik, o heç yerə heç vaxt getməyəcək. Yaxşı xəbər odur ki, biz normal həyata qayıda bilərik, pandemiyaya qrip, qızılca, mövsümi virus xəstəliyi kimi yanaşsaq və buna uyğun davransaq” – Sinqapurun səhiyyə nazirinin məqaləsində deyilir.


Onlar hesab edir ki, yaxın gələcəkdə kovid endemic olacaq, populyasiyada qalaraq, qrip kimi infeksion xəstəliklər siyahısına daxil olub, insanlar arasında dövr edəcək.

“Hər il minlərlə insan qripə yoluxur, çoxu özü sağalır, xəstəxanaya düşmür. Yaşlı və xəstə insanlar isə qripi də ağır keçirir və ölür. Lakin qrip nə qədər ağır olsa da, ondan ölüm riski azdır, insanlar hər il vaksin olunur, özünü qoruyur, təmiz əllər, təmiz ağız prinsipinə əməl edərək qorunur və adi qaydada yaşayır. Biz çalışacağıq ki, eyni mənzərə kovid üçün də keçərli olsun. Yaxın aylar üçün planımız belədir”.


Qeyd edək ki, Sinqaput 6 milyonluq əhalisinin 3 milyonunu artıq peyvəndləyib, ikinci doza avqustda bitəcək.