Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Sinovac" yeni kovid ştamlarına qarşı peyvənd hazırladı

  • 2021.11.10 17:03
  • 1189 Baxış
"Sinovac" yeni kovid ştamlarına qarşı peyvənd hazırladı

"Sinovac” şirkəti hazırda Delta və Qamma variantlarına qarşı peyvəndlər hazırlayır.

Medicina.az xəbər verir ki, şirkətin hazırlanmış peyvəndlə bağlı müəyyən mərhələ araşdırmaları başa çatıb. Artıq kliniki araşdırmalar üçün Çinin müvafiq orqanlarına müraciət edilib.

“Çili və Çində əldə etdiyimiz nəticələr “Sinovac” tərəfindən hazırlanmış Coronavac peyvəndinin müxtəlif variantlara qarşı qoruyucu olduğunu sübut edir. Bu məlumatlara əsasən 6 ölkədə 3-17 yaş arasında olanlar üçün peyvənddən təcili istifadəyə icazə verilib. Çin, Çili, Malayziya, İndoneziya, Kamboca və Kolumbiya da daxil olmaqla, 3-17 yaş qrupuna 100 milyon dozadan çox peyvənd vurulub. Bu məlumatlar həm də Coronavac peyvəndinin təhlükəsiz olduğuna sübutdur”, – deyə şirkət rəsmisi bildirib.

Qeyd edib ki, pandemiya dövründə uşaq və yeniyetmələrin peyvənd edilməsi çox vacib məsələdir. Odur ki, uşaq və gənclərin peyvənd olunmasını tövsiyə edirik. İndi əlimizdə olan məlumatlar göstərir ki, Coronavac peyvəndinin tətbiq edildiyi uşaqlarda və gənclərdə antikor səviyyəsi yüksəkdir.