“Sinovac” vaksini koronavirusun mutasiyalarına qarşı da təsirlidir.
Medicina.az xəbər verir ki, Braziliyada aparılan araşdırmalara görə, vaksin tibbi müdaxilələr gərəktirməyən yüngül hallar da daxil olmaqla bütün COVID-19 yoluxmalarına qarşı təsirli olduğu sübut edildi.
Araşdırmada 2 doza arasındakı ən uyğun müddətin 28 gün olduğu bildirildi.
Eyni zamanda, araşdırma “CoronaVac”ın Brazilyada tapılan P.1 və P.2 mutant viruslarına qarşı da təsirli olduğunu göstərirdi.