İsveçrəli alimlər yeni adgeziv vasitə tapıblar. Bu yapışqan sınmış sümükləri ən qısa müddətdə bərpa edəcək.
Medicina.az xəbər verir ki, belə vasitələr çoxdandır stomatologiyada tətbiq olunur. Əgər dişləri belə təmir etmək olursa, deməli, bədənin digər sümüklərini də analoji üsulla bərpa etmək olar. Lakin sümüklər üçün effektiv yapışqan tapmaq çətin məsələ idi. Çünki bu yapşqanlar orqanizm üçün toksikidir.
Lakin İsveçrənin Kral institutunun mütəxəssisləri sümüklər üçün yapışqan icad etməyi bacardılar. O, asanlıqla yapşdırır, bərkiyir, su, rütubət və oksigenin təsirindən qopmur. Bu metod üçmərhələlidir və sendviçə bənzəyir.
Ilk öncə sümüyün üstünə qrunt qat qoyulur, sonra lifli qat yayılır, daha sonra yapışqan çəkilir.
Prosedur 5 dəqiqə çəkir, yeni yapışqan isə 55% dəfə daha güclüdür.
Alimlər yapşqanı artıq siçanlar üzərində sınaqdan keçirib və nəticədən razıdırlar. Tezliklə insanlar üzərində sınaq başlayacaq. Bununla da sümükləri bərpa texnikasında yeni era başlayacaq.