Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sink, vitamin və melatonin koronavirusda kömək edirmi?

  • 2020.11.30 18:02
  • 3979 Baxış
Sink, vitamin və melatonin koronavirusda kömək edirmi?

Bir çox reseptlərə əlavə olunan, insanların apteklərdən aldığı vitamin kompleksləri, sink, melatonin kimi dəbə keçən preparatlar həqiqətənmi koronavirusdan qoruyur və ya müalicədə lazımdır?


Medicina.az xəbər verir ki, terapevtlər vitaminləri xəstələnməzdən öncə qəbul etməyin vacibliyini bildirir.
İldırım çaxandan sonra vitamin içməyin mənası yoxdur.

İkincisi, vitaminlər o zaman lazımdır ki, insan normal qidalana bilmir, kəskin defisiti var.
Özü qidalana bilən insan yemək, meyvə tərəvəzdən günlük vitamin mineral normasını almalıdır.

“Koronavirusa yoluxduqdan sonra bədəni vitaminlə təmin etməyin mənası yoxdur, çünki bu zaman orqanizm virusla mübarizəyə gücünü sərf edir və nə ehtiyat varsa ondan istifadə edir.
2-3-5 gün vitamin qəbul etməklə siz ona heç nə verməyəcəksiz.

Koronavirusun gedişinə isə vitaminlər çətin ki, təsir edə.

İnsan il ərzində bir dəfə vitamin mineral ehtiyatını yoxlatmalıdır. İnsan ən azı bilməlidir ki, onda vitamin D nə qədərdir?
Bütün uşaq və yaşlı təbəqəyə profilaktik dozada D vitamini qəbulu hər gün lazımdır.

Bunu koronavirusa görə içməməlisiz.

Yalnız orqanizmində yetəri qədər D vitamini, C və A olan insan özünü viruslardan qoruya bilər.

Sİnk ehtiyatı isə ət, toyuq yeyən insanlarda çətin ki, olsun. Daha çox 60 yaşdan yuxarı insanlarda rast gəlinir.
Onlarda zülal metobolizmi zəifləmiş olur.

Melatonin isə yuxu tənzimləyici kimi Avropa və ABŞ-da çox məşhurdur. Ona reanimatoloqların da dərmanı deyilir. Onlar yuxusuz qaldığı üçün yuxu melotonini bu preparatlarla təmin edirlər

Sonradan koronavirus müalicə sxeminə də daxil edirdi

Məsələn ABŞ prezidenti Trampın müalicəsində melotonin olub.

Preparat beyin üçün vacibdir, onu da kovid olmadan içmək olar. Amma həkimlə məsləhətləşərək.

Xəstəxanalarda kovid xəstələrini yuxu ilə təmin etmək və sakitləşdirmək üçün melatonin istifadə olunur.
Koronaivrus xəstələrinin sinir sistemi oyaq olur, yuxusu pozulur.

Hazırda koronavirusun başlıca müalicə dərmanları kortikosteroidlər, antikoaqulyant və viral dərmanlardır.
BU xəstəlikdə qanın laxtalanması və tromboza fikir vermək lazımdır.
Vitamin və mineralları isə virusun ağır günləri geridə qalandan sonra içmək olar.