Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sink immuniteti gücləndirən ən vacib elementdir – Necə artırmalı?

  • 2020.04.13 19:20
  • 3137 Baxış
Sink immuniteti gücləndirən ən vacib elementdir    – Necə artırmalı?

Virus, bakteriya, göbələklərlə mübarizə üçün insana güclü immunitetdən başqa heç bir şey lazım deyil. Çoxları deyir sarımsaq, zəncəfil, C vitamini, D vitamini. Bunlar haqqında çox danışılıb. Amma bu sadalananlar sink elementinin yanında zəifdir.

Azərbaycanda uşaqdan böyüyə hər kəsin sink çatışmazlığı yaşadığıgün kimi aydındır. Çünki D və C vitamini çatışmayanda sink yoxdur, sinki olmayanda da D vitamini. Ölkəmizdə də əhalinin çoxunun kəskin D vitamin defisiti olduğu məlumdur. Adətən çatışmazlıq olanda sinki Dvitamini ilə birgə təyin edirlər.


Medicina.az sinkin immuniteti necə dəstəkləməsi və onu necə artırmağın yollarını bir pasiyentin şəxsi təcrübəsində göstərir.

Sink T limfosit hüceyrələrini aktivləşdirir, infeksiyalaşmış hüceyrələrə hücum edir, immun cavabı tənzimləyir. Sink beyinin işini yaxşılaşdırır, hormonal fonu düzəldir, yeni hüceyrə və kollagen lifləri yaranmasında iştirak edir.


Sink elementi normal miqdarda olan insan nadir halda qrip olur, aktiv olur, sümükləri gec sıradan çıxır.
Sink defisitini qanın biokimyəvi analizi ilə təyin etmək olur, defisit varsa həkim lazımi preparatları, qida əlavəsi BAD təyin edir. Amma sonradan qidalarla sinki orqanizmdə saxlamaq lazımdır.


Sinklə zəngin qidalar dəniz ilbizi, dəniz məhsulları, qırmızı ət – mal, dana əti – 100 qram yemək lazımdır.


Paxlalılar – noxud, lobya, mərci, paxla, lərgə - sutkada gərək 200 qram yeyəsiz ki, sutkalıq dozanın 30%-ni ala biləsiz. Amma bir şərtlə ki, paxlalıları bişirməzdən əvvəl gecədən islağa qoyub, həmin suyu sonra atasız.


Balqabaq tumları – çiy halda. Eləcə də digər tumlar: kətan, günəbaxan, çia. Yarım stəkan balqabaq tumunda sutkalıq sink və maqniy tələbatının 30%-i var.