Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sink diabet xəstələrində damarları bərpa edir – Tromboza qarşı

  • 2021.03.02 19:07
  • 1723 Baxış
Sink diabet xəstələrində damarları bərpa edir  – Tromboza qarşı

Sent –Endyrus universitetinin alimlərinin son elmi araşdırmaları nəticəsində gəldiklərə rəyə əsasən, sink diabet xəstələrində zədələnmiş damarları bərpa edir, tromboz yaranmasının qarşısını alır.


Medicina.az xəbər verir ki, diabet xəstələrdə insult, infarkt, damarlarda tromboz əmələ gəlməsini 3 dəfəyə qədər artırır.

Şotlandiya aparılan tədqiqatda 300 min diabet xəstəsi iştirak edib. Təcrübənin rəhbəri Alan Styuart bildirib ki, II tip diabet xəstələrində yağ turşuları və lipidin artması səbəbindən qanda və damarlarda sinkin daşınması pozulur və azalır. Buna görə də damarlarda qan laxtaları, topaları yaranır.

Ona görə də diabet xəstələrində orqanizmə sinkin normal daxil olub dövr etməsi təmin olunmalıdır. Plazmada yüksək miqdar yağ turşularının azaldılması üçün yeni müalicələr hazırlanmalıdır.