Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sinirlərin vitamini – B6 əskikliyini necə bilməli?

  • 2023.11.20 18:20
  • 1432 Baxış
Sinirlərin vitamini  – B6 əskikliyini necə bilməli?


Əsəbi, nevroz, narahat və xəstə adamlara iynə və sistem daxilində ən çox təyin edilən vitamin –B6-dır.

Hazırda kütləvi B6 əskikliyi müşahidə olunur.


“Medicina” xəbər verir ki, nutrisoloq Nikita Kapelniçskiy B 6 əskikliyinin çoxlarının bilmədiyi 10 əlamətini açıqlayıb.


“B6 suda həll olan, orqanizmdə 30-dan çox funksiyada iştirak edir, onurğa, baş beyin və sinirlər üçün vacibdir.


Orqanizmin özünün hasili və ehtiyatı azdır, ona görə hər gün qida ilə almalıyıq.

B6 çatışmazlığının əlamətləri həmişə üzdə olur:

- Burun ətrafı və çənədə səpki
- Ağız kənarında ağrılı çatlar
- Qanazlığı

- əl-ayaq keyləşməsi
- Mədə-bağırsaqda iltihab

- Neyromediatorların defisiti – xoşbəxtlik hormonları serotonin və dofamin. Belə adamlar qapalı, əsəbi və depressiv olur.

- Selen mənimsənilməsi pozulur – B6 olmadan selen həzm olunmur.

- Saçların tökülməsi

- Qıcolma riskinin artması – qıcolmaların yaranması, hətta epilepsiya

B6 vitamini qanla analiz olunur, amma hazırda total defisit olduğu üçün həkim tərəfindən əlavə qəbul üçün təyin oluna bilər.


Aygün Musayeva