Sinir və ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində İnteqrativ Tibb metodlarının effektivliyi- Yeni tibbi konfrans

  • 2024.09.02 17:01
  • 1120 Baxış
Sinir və ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində İnteqrativ Tibb metodlarının effektivliyi - Yeni tibbi konfrans
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təşəbbüsü ilə daha bir konfrans həyata keçirilir.




"Medicina" xəbər verir ki, İsveçrənin "Alpstein" Klinikasının baş həkimi və tibbi direktoru Dr. Ralf Oettmeyer Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təşəbbüsü ilə bir neçə gündən sonra Bakıya gələcək.


Dünyanın məşhur mütəxəssislərindən sayılan doktor Ralfın spikerliyi ilə Azərbaycan həkimləri üçün 3 günlük konfrans keçiriləcək. İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzinin tədris proqramı üzrə nəzərdə tutulan geniş tədbir “Sinir və ürək-qan-damar sistemi xəstəliklərinin müalicəsində İnteqrativ Tibb metodlarının effektivliyi” mövzusuna həsr olunub.


Tədbir 300-dən çox yerli həkim və tibbi mütəxəssislərin iştirakı ilə sentyabrın 11, 12 və 13 sentyabrda, günün ikinci yarısında, Badamdar otelin Qəbələ zalında baş tutacaq. Həmin tarixlərdə günün birinci yarısında isə əcnəbi doktor R.Oettmeyer Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində sinir-ürək-qan-damar xəstəliklərindən əziyyət çəkən pasientləri qəbul edəcək.


Xərçəngönü və xərçəng xəstəliyinin müalicəsindən sonrakı dövrdə orqanizmin bərpası, autoimmun və dayaq-hərəkət sisteminin xəstəlikləri, artroz, revmatoid artrit, kron və ulserativ kolit xəstəliklərinin müalicəsində uğurlu nəticələri olan əcnəbi doktorun qəbuluna əvvəlcədən yazıla bilərsiniz. Parkinson, dağınıq skleroz, miopatiya, polineyropatiya kimi geniş yayılmış nevroloji xəstəliklərlə bağlı problem olan pasientlər də böyük əminliklə R.Oettmeyerə müraciət edə bilərlər.


11 SENTYABR 2024

Sinir sistemi xəstəliklərinin (Parkinson, Alsheymer, Dağınıq skleroz və s.) müalicəsində İnteqrativ Tibbmetodlarının effektivliyi (praktikadan nümunələrlə)

12 SENTYABR 2024

Ürək-qan damar sistemi xəstəliklərinin müalicəsində İnteqrativ Tibb metodlarının effektivliyi

13 SENTYABR 2024
Sanum (İzopatik) terapiya


14:30 - 15:00 - Qeydiyyat
15:00 - 16:30 - 1-ci hissə
16:30 - 17:00 - Coffee Break
17:00 - 18:15 - 2-ci hissə

Qeyd: Tədbirdə iştirakınızı təsdiqləmək və müvafiq olaraq giriş bileti əldə etmək üçün linkdə qeyd

olunan məlumatları doldurun.



Ödəniş: 1 gün üçün 20 AZN


Ünvan: "Badamdar Hotel & Residences" (Əvvəlki Kempinski) otelinin GABALA zalı Mikayıl Müşfiq küç. 1C
Tel: (012) 430 89 49