Biz, adətən, ədviyyatlardan xörəklərə, şirniyyatlara yeməyə dad vermək üçün istifadə edirik. Ancaq ədviyyatların bir çoxu sadəcə, xoş qoxusuna və dadına görə deyil, həm də orqanizmə faydalarına görə sevilir. Bu ədviyyatlardan biri də zəfərandır.
Medicina.az xəbər verir ki, zəfəran adətən düyü, tərəvəz, ət, dəniz məhsulları və toyuq yeməklərində istifadə olunur. Ekspertlər bildirir
ki, zəfəran oynaq ağrılarından, qaşınmadan xilas olmağa və iltihabın azaldılmasına kömək edir:
"Zəfəran aclığı və porsiya miqdarını azaltmağa kömək edə bilər. Aroması isə estrogen miqdarını artırır və qadınlarda kortizol
səviyyəsini azaldır. Depressiya, narahatlıq, yaddaş zəifləməsi və nevroloji xəstəliklərə qarşı qoruyur.
Bu bitki C vitamini, maqnezium, dəmir, kalium ilə zəngindir, qanda şəkərin səviyyəsini tənzimləyir. Eyni zamanda, toxuma, sümük və hormon sağlamlığına kömək edir. Omeqa-3 yağ turşuları ilə maddələr mübadiləsinə müsbət təsir göstərir və qan dövranını normaya salır. B6 vitamini qırmızı qan hüceyrələrinin meydana gəlməsinə kömək edir və sinir sisteminin sağlam işləməsini təmin edir. Zəfəran bronxial astmanın simptomları ilə iltihabı aradan qaldırır.
Həftədə 3 dəfə südlü zəfəran içmək kişilərdə sperma hərəkətini artırır. Antikanserogen xüsusiyyətləri olan bu ədviyyat şişlərin
böyüməsinin qarşısını alır. Dəri xərçəngi inkişafını da dayandırmağa kömək edir. Dərini ultrabənövşəyi şüalardan qoruyur. Yaşla bağlı yaranan göz zəifliyini aradan qaldırır və kataraktanın meydana gəlməsinə maneə törədir. Qan təzyiqi və pis xolesterini də azaltmaq təsirinə malikdir”.
Mütəxəssislər onu da əlavə edib ki, hamilə qadınlar zəfarandan istifadə edə bilməz:
"Daimi istifadə üçün gündə 2 dəfə 15 mq zəfəran məsləhətdir. Miqdarını ikiqatına çıxarmaq iki həftədən sonra zəhərli ola bilər. Təhlükəli zəfəran dozası 200 mq ilə başlanır və qan sayımında dəyişikliklərə səbəb olur. Zəfəran yalnız həddən artıq istifadə edilərsə, zərərli ola bilər. Zəfəranın 10 qram istifadəsi isə hamiləliyin pozulmasına səbəb ola bilər”.