Meyxanaçı-müğənni Samirə Yusifqızı bir müddət öncə əməliyyat yolu ilə sinəsini kiçiltdiyinə görə peşmandır.
Medicina.az xəbər verir ki, bu barədə ifaçı "Show time” verilişinə açıqlamasında deyib. O bildirib ki, bir daha əməliyyat masasına əyləşməz:
"Sinəm boynuma ağırlıq etdiyinə və kürəyimə ağrı verdiyinə görə kiçiltdirdim. İndiki ağlım olsaydı, əməliyyat etdirməzdim. O yükü daşıyardım, amma etdirməzdim, çünki mütləq fəsadlar olur.
Bir yer balacalaşırsa, o başqa yerdə özünü göstərməyə başlayır. Biz elə bil ki, Allahla davaya çıxmışıq. Həkim bizi güclə çağırmır, özümüz gedib bıçağın altına giririk. Növbəti dəfə əməliyyata girmərəm”.