Sinənizdə yanma hissi bədəninizdə B12 vitamininin həddindən artıq aşağı səviyyədə olduğunu göstərə bilər. Bir qayda olaraq, simptom maddənin uzun müddətli çatışmazlığı ilə baş verir.
Medicina.az xəbər verir ki, adətən vitamin çatışmazlığı yorğunluq, zəiflik, baş ağrıları, dərinin solğunluğu ilə xarakterizə olunur. Bu vəziyyət müalicə olunmazsa, ciddi və geri dönməz nəticələrə səbəb ola bilər,
B12 vitamini bədəndə bir neçə il saxlanıla bildiyindən, onun yoxluğunun simptomlarının görünməsi uzun müddət çəkə bilər. Sinə içində yanma hissi adətən vitamin çatışmazlığı səbəbindən sinirlərin zədələnməyə başladığını göstərir. O, həmçinin əllərdə və ayaqlarda qeyri-adi karıncalanma hissləri yaradır.
Mütəxəssislərin izah etdiyi kimi, B12 çatışmazlığı nəticəsində sinirləri əhatə edən və qoruyan mielin qabığı zədələnir. Bu qoruma olmadan sinirlər normal fəaliyyətini dayandırır və periferik neyropatiya kimi vəziyyətlər yaranır.
“B12 çatışmazlığı sinir sisteminin demiyelinləşdirici xəstəliklərinə, demensiyaya, ruhi xəstəliklərə, anemiyaya, damar tıxanmasına səbəb olur və immun sistemini zəiflədir”, - ekspertlər əlavə ediblər.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, vitaminin bədəndə bir qədər aşağı səviyyədə olması belə beyin fəaliyyətinə təsir edə bilər və bir çox narahatedici əlamətlərə səbəb ola bilər. Erkən diaqnoz və müalicə nevroloji problemlərin, əlilliyin və vaxtından əvvəl ölümün qarşısını almaq üçün vacibdir.
Əvvəllər həkimlər B12 vitamini çatışmazlığının ilk üç ilk əlaməti haqqında danışırdılar . Onlardan birinin gözlərlə əlaqəli olduğu ortaya çıxdı. /publika.az /
Sinemin saq nahiyesinin altinda yemek yedikden sonra goyneme olur. Nedendr bu
Salam.ureyimde sixilma olur elimi ureyime sixdiqda sanki sixinti azalir agri olmur sadece narahat eden hiss olur
Salam.Ureyimde diw pastasinin goynemesi ara sira sol ciyine agri sancma verir bide tenginefes olur
Məndə sinəmdə yanma olur.Nikotin iynə vurdurdum. Sonra başladı.pəhrjz yeməkləri yeyirəm.düxələcəkmi? Bilən varmı?
Ureyde yanma goyneme neden olur
Mende sinede berk agri qorxu yaranir hemin vaxt cox qorxuram sinemde goynuyur
SALAM..Sinemde yanma, yungul mede bulantiai ve bas donmem olur. Demek olar halsiz ve yorgunam butun gub
Salam menim ürey terefimde yanma isdiliy sol qolumda keyme hekime gedirem urey saglamdi deyir
Salam 2 usaqim var boyuk 6 ay mecbur sud vermisem yemiyob sagib vermisem.hetta qayidanda süt nece dermanla qaiyitdi.2oglum 1il 6ay ana sudu yeyib .8aydinsut yenir..sol sinemde veziler var ve yaniq kimi goyneme verir herden.sagda ise forma deyisik ve çökme var.ne ola biler.
Şərh yazanlara fikir verirəm hamısın da eyni problemlər var . Eynən məndə ki kimi . Ya hamımız infakt keçirəcik ya da hamımlz dəli olmuşuq xəbərimiz yoxdu ..
Salam mendede sinəmdə yanma olur medemede ağrı verir hərdən çox qorxuram
Salam aleykum mendede ürək nahiyesi terfde göynəmə ciynim sol terfi qolum keyir ve urey doyntusu olur arada basmda agryir hemen vaxt
Salam.Menin Urey terefimde goyneme var Amma gelir gedir nedendi?
Menim ürey terefimde gõyneme var bunun sebebi nedendir
Urekde goyneme dozulmeyesi yanma stresden sonra ya da yanma