Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sinədə hər ağrı infarkt əlaməti deyil - Ürək necə ağrıyır?

  • 2022.02.19 18:37
  • 2667 Baxış
Sinədə hər  ağrı infarkt əlaməti deyil -  Ürək necə ağrıyır?
Əgər döş qəfəsində, sinədə solda hər hansı ağrı meydana çıxıbsa, ağrı olan nöqtəni mütləq əllə yoxlamaq, yüngülcə sıxmaq lazımdır.


Medicina.az xəbər verir ki, həkim kardioloq Koreneviç infarktın simptomlarını açıqlayarkən deyib.


“Tibdə aşağı infarkt adlanan sindrom var. Xəstənin ürəyi infarkt olur, amma ağrı qarındadır. Ona görə qarın ağrısında belə ilk növbədə ürək yoxlanmalıdır.

Hər sinədə, sol tərəfdə olan ağrı infarkt əlaməti deyil. İnfarkt ağrısı qolda, qarında, kürəkdə də ola bilər.

Əgər xəstə konkret olaraq bir nöqtəni göstərib, oranın ağrıdığı deyirsə, həmin hissəni döyəcləmək, yüngülcə sıxmaq lazımdır. Əgər ağrı güclənirsə, deməli, səbəb yuxarı səthdəki sinirlərdir, ürək yox.


Amma istənilən ağrıda, xüsusən kişilərdə mütləq birinci kardioqramma çəkilməldir.

MEDICINA.AZ