Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sinədə ağrı və öskürək bu xərçəngin əlamətidir

  • 2023.04.12 19:06
  • 2671 Baxış
Sinədə ağrı və öskürək bu xərçəngin əlamətidir
Daimi öskürək və sinədə ağrı yemək borusu xərçəngi olma ehtimalını artırır.


“Medicina” xəbər verir ki, yemək borusu xərçəngi spesifik olmadığı üçün onun ilkin təzahürlərini fərq etmək olmur.

Ortaya çıxan simptomlar bir çox digər xəstəliklər üçün də xarakterikdir.

Həkim – onkoloq Salim Nidal bildirir ki, onkoloji xəstəliklər çox məkrlidir, onların spesifik simptomları yoxdur, ona görə də onları başqa bir şeylə səhv salmaq asandır. Yalnız bir neçə mütəxəssisin hərtərəfli müayinəsi diaqnoz qoymağa kömək edəcəkdir.

Simtopları:

  • Yeməyi udmaqda çətinlik.
  • Sinə içində narahatlıq və ya ağrı hiss olunur.
  • Qarın boşluğunda narahatlıq.
  • Bulantı və qusma.
  • İshal.
  • Məcburi çəki itkisi.
  • Öskürək.
  • Nəfəs alma problemləri.
  • Simptomlar azalmazsa və uzun müddət keçmirsə, həkimə müraciət etməlisiniz.
Aygün Musayeva