İngiltərənin Oksford Universiteti ilə Almaniyanın Neubrandenburq Tətbiqi Elmlər Universitetinin birgə apardığı araşdırma nəticəsində xəstə şimpanzelərin təbii antibiotiklərdən istifadə etdiklərini üzə çıxıb.
Medicina.az xəbər verir ki, onların sağalmaq üçün iltihab əleyhinə və antibiotik xüsusiyyətləri olan bitkiləri yedikləri müşahidə edilib.
Uqandadakı Budonqo meşəsində yaşayan iki qrup şimpanze və onların istehlak etdikləri 13 bitki növü Oksford Universiteti tərəfindən 8 ay müddətində araşdırılıb.
Bu bitkilər Neubrandenburq Tətbiqi Elmlər Universiteti tərəfindən tədqiq edildikdə, onların iltihab əleyhinə və antibiotik xüsusiyyətləri olduğu müşahidə edilib.
Araşdırmalar nəticəsində xəstəlik əlamətləri göstərən şimpanzelərin sağalmaq üçün yarpaq yemək, qabıq çeynəmək kimi davranışlar sərgilədiyi ortaya çıxıb.
Şimpanzelərin parazitlərdən xilas olmaq üçün yarpaq yedikləri müşahidə edilib. Həmçininbütün şimpanzelərin bənzər xəstəlikləri müalicə etmək üçün kolların qabığındakı yumşaq toxumaları çeynədikləri müəyyən edilib.
Araşdırma "Plos One" jurnalında dərc olunub.
Aysel