Türkiyədə Karabükün Eskipazar rayonunda Həsən Erarslan adlı şəxs simit yeyərkən ölüb.
Medicina.az zəbər verir ki, aldığı simiti yeyərkən o özünü pis hiss edib və qəfil yerə yıxılıb.
Bütün müdaxilələrə baxmayaraq Erarslanı xilas etmək mümkün olmayıb.
Onun yediyi simitin nəfəs borusuna qaçdığı üçün öldüyü ehtimal edilir.
4 uşaq atası Erarslanın cənazəsi qohumları tərəfindən Eskipazar Dövlət Xəstəxanasının meyitxanasından çıxarılaraq məmləkəti Çankırının Çərkeş rayonunda torpağa tapşırılıb.
Aygün
Medicina.az