Alimlər xəsislik, simicliklə artıq çəki və piylənmə arasında əlaqə tapıblar.
“Medicina” xəbər verir ki, Alman alimləri yeni tədqiqatlarında kök insanların maddi stimul, hədiyyə və motivasiyaya fərqli reaksiya və münasibət göstərdiyini aşkarlayıb.
Onlar beynin həzz, razılıq və motivə edən sahəsini tədqiq ediblər.
Bu adacıq həm də aclıq-toxluğu tənzimləyir.
Eksperimentdə 393 nəfər iştirak edib.
Onlara oyunlar təqdim edilib, yarış və oyunda hər uğurlu cavaba pul mükafatları təyin edilmişdi. İştirakçıların beyin reaksiyası tomoqraf köməyilə qeydə alınıb.
Məlum olub ki, insanın çəkisi nə qədər çox olubsa, onun beynində həzz adacığı o qədər akriv olub və onlar daha çox pul qazanmağa meyilli olublar.
Bu kəşf onu göstərir ki, kök insanların beyni təkcə yeməyə qarşı yox, pula, hədiyyəyə qarşı da stimul verir.
Alimlər beynin bu sahələrinə təsir etməklə piylənmə ilə mübarizənin yeni metodların hazırlana biləcəyinə ümid edir.
Aygün Musayeva