Sinəsindəki slikon tərsinə çevrilərək partlayıb.
Medicina.az xəbər verir ki, 29 yaşlı modelin başına qəribə hadisə gəlib. Belə ki, onun sinəsindəki silikon tərsinə çevrilərək partlayıb. Bundan sonra o gənc qızlara səslənərək, 25 yaşdan öncə estetik əməliyyat etdirməməyi tövsiyə edib.
2 uşaq anası Amy Childs, 18 yaşında olarkən dodaq dolğusu etdirib. Bundan sora o həvəsə düşüb və sinəsini də silikon etdirib. Lakin 4 həftə sonra silikon tərsinə çevrilib və partlayıb. O bildirib ki, silikonları çıxartdıqları ərəfədə bir həftə xəstəxanada qalıb. Şiddətli ağrılara dözə bilmədiyini və bu vəziyyətə niyə düşdüyünü düşünüb.
Amy xəstəxanada olarkən köhnə fotolarına baxaraq peşmanlıq keçirib. Onun sözlərinə görə, insan özünə nə üçün bunu edər deyə çox sual verib.
Buna görədə model, gənc qızlara səslənərək belə ağılsız addım atmamağı tövsiyə edib.