Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Silikon süd vəzisindən uşaq əmizdirmək olarmı- Həkim fikri

  • 2018.02.09 18:04
  • 39889 Baxış
Silikon süd vəzisindən uşaq əmizdirmək olarmı-  Həkim fikri
Bu gün dünya miqyasında ən çox həyata keçirilən estetik əməliyyatlardan biri də sinə böyütmə əməliyyatlarıdır. Bu əməliyyatlar nə qədər çox keçirilsə də, döşlərə qoyulan silikonların zərərli olub–olmaması hələ də mübahisə mövzularından biridir. Türkiyədə məşhur xanımlarla yanaşı, adi qadınlar arasında da tez-tez həyata keçirilən bu cərrahiyyə haqqında estetik, plastik və rekonstruktiv cərrah Bülent Cihantimur danışıb.

 

Medicina. az Ailem.az-a istinadən mütəxəssisin fikirlərini təqdim edir.


 


Sinə qadının estetik duruşuna çox əhəmiyyətli dərəcədə təsir edir. Buna görə də təsadüfi deyil ki, çox sayda qadın döşlərini bir və ya iki ölçü böyütmək üçün bu əməliyyata müraciət edir: "Döş böyütmə üçün ən çox istifadə edilən üsul həmin bölgəyə silikon protez yerləşdirilməsidir. Əməliyyat sonrası fiziki dəyişikliyə əlavə olaraq, psixoloji olaraq da qadınlar özlərini çox daha yaxşı hiss etdiklərini, özgüvənlərinin artdığını bildirirlər. Xəstələrimizin ən çox soruşduğu sual isə yerləşdirilən bu silikon protezlərin hər hansı bir zərərinin olub–olmaması haqqındadır”.


 


Həkim deyir ki, döş böyütmə əməliyyatının sadə forması 1800-cü illərdə tətbiq edilməyə başlanıb. Ötən bu illər ərzində inkişaf etdirilən materiallar fəsad riskini yox edib. Bədənə uyğun maddələrin tapılması bu gün çox yaxşı nəticələrin alınmasını təmin edib. Silikon protezlər isə 1960-cı ildən bu yana döş böyütmə əməliyyatında istifadə olunur: "Təbiətdə qum və ya kristalların tərkibində olan maddədən hazırlanır, laboratoriya mühitində əməliyyatdan keçərək, bu gün istifadə etdiyimiz formaya salınır. Bədənə hər hansı bir zərəri yoxdur. Bu illər ərzində zərərli bir maddəyə çevrilmədən qala bilməsi bunu sübut edib. Silikonun tərkibi təbii maddələrlə zəngindir. Bu təbii maddələr bu gün bir çox dərman bazasında istifadə edilir”.


 


Silikonun ölçüsünə həkiminizlə birlikdə qərar verin

 

B. Cihantimur sinə böyütmə üçün istifadə edilən silikon protezin ölçüsünə diqqət etməyin vacib olduğunu vurğulayıb: "Bədənimiz bir bütündür və sinə ölçüsü də sizin estetik görünüşünüzü təmin edərək bu bütünə uyğunlaşmalıdır. Yəni lazım olduğundan çox böyük ölçüdə döş sbədəninizdə harmoniyanı pozacaq. Buna görə də silikon protezin ölçüsü ilə bağlı həkiminizin fikirlərinə mütləq diqqət edin. Həkim sizə bədəninizə ən çox uyğun gələn ölçünü deyəcək”.


 

Sinəsində plastik əməliyyat keçirmək istəyən hər qadını maraqlandıran bir sual da var: "Döş protezi qoyularsa, əmizdirmə zamanı problem yaşana bilərmi?”


Həkim sinə əməliyyatlarının əmizdirməyə əngəl olmadığını iddia edir. Bunun səbəbi isə əməliyyat zamanı döşün içində olan süd kanallarına toxunulmamasıdır. Mütəxəssislər sinə kiçiltmə, böyütmə, dikləşdirmə kimi əməliyyatların süd kanallarına təsir etmədiyini və əmizdirməyə əngəl olmadığını bildirir.


 

Estetik sinə əməliyyatı etdirən qadınların çoxu əməliyyatdan sonra süd verə bilməyəcək deyə qorxuya düşürlər. Xüsusən sinə kiçiltmə əməliyyatı zamanı süd vəziləri və yağ toxumasının bir qismi alınaraq sinə kiçildilir. Ancaq əməliyyat sonrası sinə toxumasının sinə başı ilə əlaqəsi kəsilmədiyindən südvermə funksiyası təsir görmür. Süd miqdarında da azalma baş verməz: "Döş böyütmə əməliyyatında istifadə edilən protezlərin sinə toxuması ilə heç bir təması olmur. Protez sinə arxası, ya da sinə əzələsinin arxasına yerləşdirilir. Buna görə əmizdirərkən analar heç bir problem yaşamaz. İmplantın (protez) tərkibinin südə qarışma ehtimalı da yoxdur. Silikon protezi olan qadınlar körpələrini rahatlıqla əmizdirə bilər. Bu əməliyyat zamanı artıq dəri kəsilib götürülür və sinə toxuması yuxarıya toplanır. Əmizdirməyə xidmət edən heç bir toxumaya müdaxilə edilmədiyindən ana rahatlıqla körpəsini əmizdirə bilər. Odur ki, menopauzaya girməyən, doğmaq şansını itirməyən qadınlar sinə dikləşdirmə əməliyyatı etdirə bilər”.