Azərbaycanda koronavirusa yoluxan həkimlərin sayaı yenidən artdı.
"BakuPost"un məlumatına görə, Silahlı Qüvvələrin Baş Klinik hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərovun da COVİD-19 testi pozitiv çıxıb.
Bu barədə onun həmkarları sosial şəbkədə məlumat payalaşıblar.
"Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş, qüsursuz xidmət edən tibb xidmət mayoru Teymur Cəfərovun indi özünə kömək lazımdır".
Məlumata görə, həkim artıq bir həftədir ki, süni tənəffüs aparatına qoşulub.