Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınıcağında qalan 40 uşaq qızılcaya yoluxub.
Bakupost.az xəbər verir ki, bunu təşkilatın sədri Kəmalə Ağazadə deyib.
O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.
"Əksəriyyəti 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızın 2 nəfəri hal hazırda xəstəxanadadır".