Sifilis
xroniki bir infeksiya ilə ortaya çıxan hər yüz min insandan üçündə meydana gələn bir
sağlamlıq problemidir. Cinsi əlaqə yolu ilə ötürülür. Buna bir növ bakteriya səbəb
olur.
Medicina.azxəbər verir ki, aifilis ehtimalını minimuma endirmək üçün xəstəlik haqqında
biliklərə sahib olmaq lazımdır. Çünki sifilis müalicə düzgün aparılmadığı təqdirdə
bədənin ümumi sağlamlığına ciddi təsir göstərə biləcək bir xəstəlikdir.
Buna görə
bu xəstəliyin arzuolunmaz nəticələrinin qarşısını almaq üçün lazımi tədbirləri görmək lazımdır. XVI əsrdə
sifilis Avropada geniş yayılmağa başladı. Avropada çox rast gəlindiyi dövr
'Francların xəstəliyi' olaraq izah edildi və adı qaldı. Bu dövrdə Avropada
cinsi həyatın digər qitələrə nisbətən daha sərbəst olması xəstəliyin sürətlə
yayılmasına səbəb oldu. Çünki xroniki infeksiyanın bir növü olan sifilis, cinsi
əlaqə zamanı insandan insana ötürülür. Son illərdə sifilis az rast gəlinsə də,
şüursuz cinsi münasibətlər sifilisin təsirinin davam etməsinə səbəb olur.
Sifilis
xəstəliyi qan vasitəsilə yayılır. Buna görə xəstəliyin daxili orqanlara zərər
vermə ehtimalı var. Digər tərəfdən, sifilis nəticəsində yaranan cinsiyyət
yaraları HİV əmələ gəlməsi üçün uyğun mühit hazırlayır.
Sifilisə
kimlərdə rast gəlinir?
-Sifilisdən
başqa cinsi yolla keçən bir xəstəliyi olanlar
-Qorunmasız
cinsi münasibətdə olanlar
-Sifilis
olan şəxslə yaxın təmas quranlar
-Birdən
çox cinsi partnyoru olanlar
-Sifilis
lezyonlarına toxunan insanlar
Sifilisdə
simptomlar nə vaxt baş verir?
İlk mərhələdə
sifilis əlamətləri diaqnoz qoyulursa, daha dəqiq bir müalicə əldə edilə bilər.
Ancaq bəzi simptomlar xəstəliyin irəlilədiyini göstərir. Sifilis əlamətləri xəstəliyin
mərhələsindən asılı olaraq dəyişir. Sifilisin ümumi simptomlarını aşağıdakı
kimi sıralamaq olar:
-Sidik
zamanı yanma və ağrı hissi
-Ağ,
sarı və yaşıl rəngli, bərk boşalma
-Çanaq bölgəsinin
qaşınması, yara infeksiyası
-Testislərdə
ağrı
-Dərinin
müxtəlif yerlərində şişkinlik
-Ürək-damar
problemləri
-Korluq
-Beyin zədələri
-Sidik
qaçırma
Yoluxmaya
səbə nədir?
Yoluxmanın
əsas yolu cinsi əlaqədir. Cinsiyyət orqanı ilə təmas nəticəsində, bədəndəki bir
yaradan mikrob ötürülür. Bundan əlavə öpüşməklə də bu xəstəlik ötürülə bilir. Sifilisin anadan körpəyə ötürülmə ehtimalı olduqca böyükdür. Hamilə qadından sifilis ilə
doğulmamış körpəyə keçən mikrob, körpənin ölü doğulmasına səbəb ola bilər.
Bundan əlavə, vaxtından əvvəl doğuş nəticəsində doğulan körpələr də ölə bilər.