Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidiyin rənginə görə xəstəliyin- Evdə analiz

  • 2018.03.09 19:26
  • 224913 Baxış
Sidiyin rənginə görə xəstəliyin-  Evdə analiz
Sidiyin rənginə, qoxusuna görə orqanizmdə baş verən dəyişikliklərin ilkin simptomunu təyin etmək asandır.  Sidik 90% sudan, 10% sidikdən, kaliy, kreatinin və digər materillardan ibarətdir. 

Sidiyin sarı rəng almasına səbəb Urobilindir .

İnsan hər gün sidiyinin  rənginə nəzarət etməlidir.


Açıq sarı rəng -  Bədən normada nəmlidir, normal sidikdir., orqanizmdə patologiya yoxdur. 

Ağ, şəffaf sidik –  həll olmuş elektrolitlərin çoxluğu və orqanizmdə kimyəvi disbalansın əlamətidir. Sanki bədəndə həddən artıq nəmlik dərəcəsi var. Bəzən şəkərli diabet əlaməti ola bilər.


Çox əlvan sarı rəng – bədənin susuzlaşmasının, qurumasının əlamətidir. Belə bir rəng görsəz, dərhal sutkalıq maye qəbulunu artırın. 


Tünd sarı rəng-  daha yüksək dərəcədə susuzlaşmanın əlamətidir. Həmçinin orqanizmdə normadan artıq B vitamini olduğunu göstərir. Bu zaman da çoxlu maye qəbulu məsləhətdir.

Narıncı rəng – orqanizmdə normadan artıq bilirubinin olmasının işarəsidir. Sidik yolları infeksiyası, xəstəlikləri, öd axarlarında problemin olmasını da göstərir.


Çəhrayı, qırmızı rəng – ya qırmızı rəng qidalar, çuğundur yediyinizə görədir. Ya da sidikdə qan olmasına, ona görə bu rəng sidik gördüyünüz zaman uroloqa baş çəkin.


Tünd qırmızı, bordo rəng – orqanizmdə daha ağır xəstəliklərin göstəricisidir.  Qanda çox miqdarda qan olduğunu göstərir, infeksiyalardan tutmuş şiş xəstəliklərinə kimi şübhələnmək olar. Dərhal həkimə getməlisiz. 


Qəhvəyi rəng – bir sıra dərmanların, antibiotik, metronidazol və ya xloroxinin qəbulundan sonra baş verir


Yaşıl sidik – bədəndə süni rəngləyici maddələrin çox olduğunu göstərir. Jele formasında çox rəng qatılmış qida maddələri, bəzi dərmanların qəbulundan sonra yaranır. Ciddi bir şey yoxdur, çoxlu maye qəbulu ilə aradan qalxa bilər.