Sidiyin rənginə, qoxusuna görə orqanizmdə baş verən dəyişikliklərin ilkin simptomunu təyin etmək asandır. Sidik 90% sudan, 10% sidikdən, kaliy, kreatinin və digər materillardan ibarətdir.
Sidiyin sarı rəng almasına səbəb Urobilindir.
İnsan hər gün sidiyinin rənginə nəzarət etməlidir.
Medicina.az evdə sidiyə baxaraq, rənginə görə analiz etməyin metodunu təqdim edir:
Açıq sarı rəng - Bədən normada nəmlidir, normal sidikdir., orqanizmdə patologiya yoxdur.
Ağ, şəffaf sidik – həll olmuş elektrolitlərin çoxluğu və orqanizmdə kimyəvi disbalansın əlamətidir. Sanki bədəndə həddən artıq nəmlik dərəcəsi var. Bəzən şəkərli diabet əlaməti ola bilər.
Çox əlvan sarı rəng – bədənin susuzlaşmasının, qurumasının əlamətidir. Belə bir rəng görsəz, dərhal sutkalıq maye qəbulunu artırın.
Tünd sarı rəng- daha yüksək dərəcədə susuzlaşmanın əlamətidir. Həmçinin orqanizmdə normadan artıq B vitamini olduğunu göstərir. Bu zaman da çoxlu maye qəbulu məsləhətdir.
Narıncı rəng – orqanizmdə normadan artıq bilirubinin olmasının işarəsidir. Sidik yolları infeksiyası, xəstəlikləri, öd axarlarında problemin olmasını da göstərir.
Çəhrayı, qırmızı rəng – ya qırmızı rəng qidalar, çuğundur yediyinizə görədir. Ya da sidikdə qan olmasına işarədir, ona görə bu rəng sidik gördüyünüz zaman uroloqa baş çəkin.
Tünd qırmızı, bordo rəng – orqanizmdə daha ağır xəstəliklərin göstəricisidir. Qanda çox miqdarda qan olduğunu göstərir, infeksiyalardan tutmuş şiş xəstəliklərinə kimi şübhələnmək olar. Dərhal həkimə getməlisiz.
Qəhvəyi rəng – bir sıra dərmanların, antibiotik, metronidazol və ya xloroxinin qəbulundan sonra baş verir
Yaşıl sidik – bədəndə süni rəngləyici maddələrin çox olduğunu göstərir. Jele formasında çox rəng qatılmış qida maddələri, bəzi dərmanların qəbulundan sonra yaranır. Ciddi bir şey yoxdur, çoxlu maye qəbulu ilə aradan qalxa bilər.