Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidiyin rənginə bax, xəstəliyini tanı

  • 2020.07.31 18:06
  • 15635 Baxış
Sidiyin rənginə bax, xəstəliyini tanı

Sidiyin rəngi bir çox xəstəliklərin, həmçinin mədəaltı vəz şişinin siqnalı ola bilər.

Medicina.az xəbər verir ki, Britaniya onkoloqları bu məqama diqqət çəkiblər. Onlar uzun müddətli müşahidələrinin nəticəsində bildiriblər ki, sidirin uzun müddət narıncı, yəni portağal rəngi alması təhlükəlidir.

Mədəaltı vəz xərçəngi əlamətləri uzun müddət görünmür, xəstəlik gizli gedir. Amma xəstələrdə erkən mərhələdə artıq sidiyin rəngində dəyişiklik ola bilər.

İlk əlamətlərdən biri də kürəkdə və qarında ağrıdır. Xüsusən yeməkdən sonra və uzananda.

Sidiyin bu xəstəlik zamanı narıncı rəng almasının səbəbi isə öd yollarının ödü 12 barmaq bağırsağa daşımasına başlamasıdır.

Əgər xəstədə qəbizlik və ya ishal, qarının yuxarısında ağrılı şişkinlik, nəcisdə də qan varsa, yubanmadan onkoloqa müraciət edin.