Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidiyi saxlamaq xətalı vərdişdir - Böyrəklərə zərərləri

  • 2022.06.23 15:38
  • 2746 Baxış
Sidiyi saxlamaq xətalı vərdişdir   - Böyrəklərə zərərləri

Sidiktutma probleminə daha çox qadınlarda rast gəlinir.



Böyrəklərinizə qarşı edilən xətalı vərdişlərdən biri sidiyə çıxmağı gecikdirməkdir. Sidik kisənizi sidiklə dolu uzun müddət saxladığınızda, bu vəziyyət sidik kanallarına müxtəlif mənfi təsirlər göstərir.

Medicina.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov məlumat verib.


Həkim uzun müddət sidiyi saxlamağın böyrəklərə zərərlərindən danışıb:

1) ilk zamanlarda sidiyə çıxmaqda çətinlik, infeksiyaların yaranması;
2) daha çox vaxt keçdikdə isə sidik kisəsi əzələlərində zədələnmə və zəiflik, sidiyə çıxmanı kontrol edə bilməmək kimi problemlər meydana çıxır.


"Bir az uzun vaxt keçdikdə isə bu, hidronefroz, yəni sidiyin böyrəklərə davamlı olan təzyiq göstərməsi nəticəsində yarana bilən böyrək çatışmazlığına yol açır. Hətta bu vəziyyət dializ ehtiyacı ilə sonlana bilər", - deyə nefroloq qeyd edib.