Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidikqovucu preparatlar akne və sızanaq əleyhinə effektiv dərman ola bilər – Yeni araşdırma

  • 2018.07.18 17:53
  • 28391 Baxış
Sidikqovucu preparatlar akne və sızanaq əleyhinə effektiv dərman ola bilər –  Yeni araşdırma
Yeni hipotezanın artıq real təcrübəyə keçməsi üçün təsdiqlənəcəyi gözlənilir.


Medicina.az xəbər verir ki, Pensilvaniya Universitetinin tədqiqatçıları təyin ediblər ki, Spironolaktoт diuretiki qadınların üzündə olan aknelərin müalicəsi üçün antibiotik kimi effektiv ola bilər.


Tədqiqatın nəticələri elmi jurnalda dərc olunub. Hazırda aknelərin müalicəsində antibiotiklər geniş yayılıb. Amma antibiotiklərə tez-tez müraciət ciddi əks təsirlər yaradır, antibiotikrezistentliyinə səbəb olur, bağırsaq mikroflorasını pozur. Müalicə üçün daha təhlükəsiz alternativ dərman tapmaq lazımdır. 

" Bizim araşdırmamız göstərdi ki, spironolaktin əla effekt verib, alternativ dərman rolunu oynaya bilər”. 


Təcrübədə 8884 qadın və gənc qız iştirak etmişdi. Onlar akne əleyhinə bu sidikqovucunu qəbul etdilər. Onların nəticələri ilə 31 614 antibiotik müalicəsi alan qadının göstəriciləri araşdırıldı.  


İl ərzində 14,4% spironolakton qəbul edən qrupda, 13,4% isə antibiotik qrupunda terapiyanı dəyişmə qeydə alındı, bu o deməkdir ki, pasiyentlər lazımi nəticəni almışdılar. 


Bu rəqəmlər də göstərir ki, dermatoloqlar bu dərmanın akne müalicəsində tətbiqinə baxmalıdırlar. Hətta antibiotikdən öncə bu dərman təyin olunmalıdır. 

Ekspertlər isə bu tədqiqatın kliniki real təcrübədə bir daha sınanmasına ehtiyac duyur. Çünki FDA hələ ki, spironolaktonu akne müalicəsi üçün təsdiqləməyib.