Funksional maqnit stimulyasiyası (FMS) kreslosu kiçik çanaq əzələlərinin təlimində ən son texnologiyadır.
"Medicina" xəbər verir ki, reabitoloq, osteopat Pərvin Əkbərov bu haqda məlumat verib.
Həkimin sözlərinə görə, bu unikal aparat tez və effektiv şəkildə aşağıdakı problemlərin həllində istifadə edilir:
- intim həyatın keyfiyyətinin aşağı düşməsi
- sidik qaçırma
- əməliyyatdan və doğuşdan sonra kiçik çanaq əzələ tonusunun zəifləməsi
- erektil disfunksiya
- xroniki çanaq ağrısı sindromu
Aparatın iş prinsipi fokuslanmış elektromaqnit impulslarının təsirinə əsaslanır. FMS köməyi ilə tək məşqlərlə çətin nəticə əldə edilən çanaq dibi əzələlərinin dərin qatlarının asanlıqla yığılmasına nail olmaq mümkündür.
Prosedurun gedişatı necədir?
- Pasiyent adi paltarda kresloda rahat şəkildə oturur
- Seans dövrü elektromaqnit dalğalarının təsiri altında çanaq dibi əzələlərinin dərin stimullaşması baş verir.
Onların yığılıb açılması intervallarla 30 dəqiqə ərzində təxminən 10 min dəfə olur. FMS-in terapevtik təsiri 3 mərhələdən ibarətdir: Əzələlərin qıcıqlanması, stimulyasiyası və boşalması. Prosedurun effektivliyi ilk seansdan özünü göstərir, növbəti həftələrdə maksimum effektə nail olunur.
Aygün Musayeva