Sidikdəki dəyişikliklər çox xəstəliklərdən xəbər verə bilər. Sidiyin rənginin və qoxusunun qəfil dəyişməsi diqqətdən kənarda qalmamalıdır.
“Medicina” xəbər verir ki, uroloq Vadim Başkatovun sözlərinə görə, aşağıdakı dəyişikliklər zamanı mütləq həkimə müraciət etmək lazımdır.
Sidik tünd sarı. Bu insanın az su içdiyini göstərə bilər. Ancaq kifayət qədər maye içirsə və sidiyin rəngi hələ də tünddürsə, bu, böyrəklərlə bağlı problemləri göstərə bilər. Əgər sidik davamlı olaraq tünd, narıncıya yaxın və ya qəhvəyi rəngdədirsə, bu, öd kisəsi və ya qaraciyər xəstəliyi ola bilər.
Ağrı ilə sidik ifrazı. Bu problemin bir neçə səbəbi ola bilər, lakin adətən sidik kisəsinin infeksiyasından xəbər verir.
Sidik qatıdır, içində ağ hissəciklər var. “Buludlu sidik” leykositlərdən qaynaqlana bilər və iltihabı göstərir. Bu dəyişiklik sidik kisəsi infeksiyası və ya böyrək xəstəliyi zamanı baş verə bilər.
Sidik kəskin bir qoxuya malikdir. Bir gün əvvəl ədviyyatlı qida yeməmisizsə, sidik qoxusunun dəyişməsi sidik yollarının infeksiyasına işarə edə bilər.
Şirin qoxu. Bu qoxu yeyilən qida və ya diabetin inkişafı ilə izah edilə bilər.
Sidikdə qan. Sidikdə qırmızı və ya qəhvəyi zolaqlar dərhal həkimə müraciət etmək üçün bir səbəbdir. Sidikdə belə bir dəyişiklik həm sidik kisəsi infeksiyasını, həm də böyrək infeksiyasını, bəzi hallarda xərçəngi göstərən ciddi iltihabın əlaməti ola bilər.
Günay Quluzadə