Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidikdə zülal artması qorxuludurmu? - Səbəbləri, əlamətləri

  • 2020.05.12 18:55
  • 3675 Baxış
Sidikdə zülal artması qorxuludurmu?  - Səbəbləri, əlamətləri


Zülal orqanizmin tikinti materialı, sementidir. Onlar sümük, əzələ, dırnaq və saçları formalaşdırır.

Qan plazmasında da zülalın öz vacib funksiyası var. Qanda infeksiyaları neytrallaşdırır, laxtalanmaya qarşıdır, qanda maye miqdarını saxlayır, bütün bədənə qan daşınmasında, dövriyyəsində iştirak edir.

Əgər bir şəxsdə böyrəklər hər hansı səbəbdən düz işləmirsə, zədələnibsə, sidikdə zülal miqdarı çoxalır.

Medicina.az sidikdə zülalın artmasının səbəblərini təqdim edir.

Şəkərli diabet, ciddi damar patologiyaları, ürək xəstəlikləri, böyrək problemləri – pielonefritdə sidikdə zülal çoxalır.

Standart sidik analizində miqdar 0, 033 q/l aşarsa, əlavə dəqiq müayinələr aparılır.


Terapevt sidik analizində zülal çoxluğu görərsə, xəstəni uroloq, kardioloq,nefroloqa göndərir.


Böyrəkdə nə baş verir?

Qan sağlam böyrəklədən keçib süzüləndə, artıq maddələr filtrasiya olunur. Bu zaman qlükoza və plazma zülalı saxlanılır. Zülallar ölçüsünə görə iridir, ona görə böyrəklərdən sidiyə keçə bilmir.


Sidikdə çıxan əsas zülal növü albumin olur, çünki o, ən aşağı molekulyar çəkiyə malikdir və süzgəcdən keçə bilir.

Amma qanda olan əsas iri plazma zülalları o halda sidiyə düşür ki, böyrəklərin filtr yumağı zədələnib. Bu yumaqların iltihabı qlomerulonefrit və sadəcə nefrit xəstəliyi adlanır.


Nefrit xəstəliyini nə yaradır?

Diabet, yüksək təztiq, ürək xəstəlikləri, böyrəklərin iltihabı və s.

Sidikdə zülalın nə qədər çox olması gələcəkdə böyrək çatışmazlığı riskinin dərəcəsini də göstərir.

Proteinuriya ürəklə də bağlıdır. Ürək damarlarının zədələnməsi, tıxanması ürək çatışmazlığı, insult, infarkta səbəb olur. Ona görə sidikdə zülala ciddi yanaşın, bu gələcək təhlükələrdən xəbər verir.

Həkimlər ildə 3 dəfə sidikdə zülalın miqdarını xəstənin özü tərəfindən həkim göstərişi olmadan da verilməsini məqsədəuyğun bilir.

Eləcə də təzyiqi, diabeti, ürək və böyrək xəstəliyi olanlarda daha tez –tez bu analiz yoxlanılıb, ciddi ağırlaşmaların qarşısı vaxtında alınmalıdır.

Böyrək çatışmazlığına gedən yolun ən yaxşı təyini elə sidikdə zülaldan başlayır.

Məlumdur ki, diabet böyrək çatışmazlığına səbəb olan xəstəliklərdən biridir. Bu xəstələrdə sidikdə albumin artır. Buna fikir vermədikdə, böyrəklərin funksiyası pisləşir və albuminuriya asanlıq tam proteinuriyaya çevrilir.

Əgər yüksək təzyiqi olan xəstədə sidikdə zülal çox çıxırsa, deməli onun böyrəkləri sıradan çıxır.

Eləcə də çəkisi 90 kqdan yuxarı olanlar, irsi olaraq ürək, böyrək xəstəliyi olanlar bu analizi ildə 2-3 dəfə verməlidir.


Sidikdə zülal çoxalmasının əlamətləri:


-Sidik ifrazı zamanı zülal sidiyin üzərində köpük və qabarcıqlar kimi görünür.

-Zülallar qan vasitəsilə itkiyə getdiyindən bu xəstələrdə damarlarda maye toplanır, əl, ayaq, qarın, üz şişir.

-Bəzən isə bu xəstəlik simptomsuz gizli gedir

Eləcə də qanda kreaitin və azot da yoxlanılır. Uroloq xəstəni nəzarətə götürür.