Sidikdə normadan artıq zülalın eritrosit və leykositlərlə birgə anormal artması tibdə Proteinuriya adlanır.
Zülal orqanizmin tikinti materialı, sementidir. Onlar sümük, əzələ, dırnaq və saçları formalaşdırır.
Qan plazmasında da zülalın öz vacib funksiyası var. Qanda infeksiyaları neytrallaşdırır, laxtalanmaya qarşıdır, qanda maye miqdarını saxlayır, bütün bədənə qan daşınmasında, dövriyyəsində iştirak edir.
Əgər bir şəxsdə böyrəklər hər hansı səbəbdən düz işləmirsə, zədələnibsə, sidikdə zülal miqdarı normanı keçir və çoxalır.
Medicina.az sidikdə zülalın artmasının səbəblərini təqdim edir.
Şəkərli diabet, ciddi damar patologiyaları, ürək xəstəlikləri, böyrək problemləri – pielonefritdə sidikdə zülal çoxalır.
Standart sidik analizində miqdar 0, 033 q/l aşarsa, əlavə dəqiq müayinələr aparılır.
Terapevt sidik analizində zülal çoxluğu görərsə, xəstəni uroloq, kardioloq,nefroloqa göndərir.
Böyrəkdə nə baş verir?
Qan sağlam böyrəklədən keçib süzüləndə, artıq maddələr filtrasiya olunur. Bu zaman qlükoza və plazma zülalı saxlanılır. Zülallar ölçüsünə görə iridir, ona görə böyrəklərdən sidiyə keçə bilmir.
Sidikdə çıxan əsas zülal növü albumin olur, çünki o, ən aşağı molekulyar çəkiyə malikdir və süzgəcdən keçə bilir.
Amma qanda olan əsas iri plazma zülalları o halda sidiyə düşür ki, böyrəklərin filtr yumağı zədələnib. Bu yumaqların iltihabı qlomerulonefrit və sadəcə nefrit xəstəliyi adlanır.
Nefrit xəstəliyini nə yaradır?
Diabet, yüksək təztiq, ürək xəstəlikləri, böyrəklərin iltihabı və s.
Sidikdə zülalın nə qədər çox olması gələcəkdə böyrək çatışmazlığı riskinin dərəcəsini də göstərir.
Proteinuriya ürəklə də bağlıdır. Ürək damarlarının zədələnməsi, tıxanması ürək çatışmazlığı, insult, infarkta səbəb olur. Ona görə sidikdə zülala ciddi yanaşın, bu gələcək təhlükələrdən xəbər verir.
Həkimlər ildə 3 dəfə sidikdə zülalın miqdarını xəstənin özü tərəfindən həkim göstərişi olmadan da verilməsini məqsədəuyğun bilir.
Eləcə də təzyiqi, diabeti, ürək və böyrək xəstəliyi olanlarda daha tez –tez bu analiz yoxlanılıb, ciddi ağırlaşmaların qarşısı vaxtında alınmalıdır.
Böyrək çatışmazlığına gedən yolun ən yaxşı təyini elə sidikdə zülaldan başlayır.
Məlumdur ki, diabet böyrək çatışmazlığına səbəb olan xəstəliklərdən biridir. Bu xəstələrdə sidikdə albumin artır. Buna fikir vermədikdə, böyrəklərin funksiyası pisləşir və albuminuriya asanlıq tam proteinuriyaya çevrilir.
Əgər yüksək təzyiqi olan xəstədə sidikdə zülal çox çıxırsa, deməli onun böyrəkləri sıradan çıxır.
Eləcə də çəkisi 90 kqdan yuxarı olanlar, irsi olaraq ürək, böyrək xəstəliyi olanlar bu analizi ildə 2-3 dəfə verməlidir.
Sidikdə zülal çoxalmasının əlamətləri:
-Sidik ifrazı zamanı zülal sidiyin üzərində köpük və qabarcıqlar kimi görünür.
-Zülallar qan vasitəsilə itkiyə getdiyindən bu xəstələrdə damarlarda maye toplanır, əl, ayaq, qarın, üz şişir.
-Bəzən isə bu xəstəlik simptomsuz olur, gizli gedir
Eləcə də qanda kreaitin və azot da yoxlanılır. Uroloq xəstəni nəzarətə götürür.
Zülal, kreatin çoxluğu və səbəblərin araşdırılması üçün həkim uroloq
Behnam Kazemi Smart Med klinikası
Ünvan: Mətbuat pr. 18/7
Azərbaycan Nəşriyyatı ilə üzbəüz
Telefonlar: 055 950 30 06
012 510-66-41
Salam doktor mende zulal sidikde 1 garmonal mualice yazilib amma 2 aydi yene 1
Suallara niyə cavab vermirsiz ,????
Menim baclm qlzda zual var her seher yerde durada qaytarlr qaytRmanln sebi zual ola bilermi
Məndə sidikdə zülal 300 çıxıb ,mən necə qidalana bilərəm və hal hazırda müalicəyə götürmüşəm .analizə ,yoxlanmağa nəvaxt getməliyəm?
Mende zulal 150 den cox cixdi ve hamileyem
Zülal məndə 300 dən çox dur əsasən nə gedər olur
Salam menim ayaglarim şişir cox narahatam məndə hamilelikde yarandi indi hamilelik yohdu ama var uzumde şişir ama tek ayagim şişirdi budefe uzumde şişdi
Mende zulal 0.066 cixdi cox tehlukelidi ?
24 zülal qanda çıxıb əslində 4 olmalıdı nə ziyanlı edə bilər
Zülal norma nə qədər olmalidir.
Salam mende zulal 341 cixim men nece qidalanmaliyam
Mənim nevemde böyrəyini 44 faiz çıxıb zülal çıxıb nə etmək olar
Mende zulal cox yuksekdı ????
Astara
Salam mənim analizimdə 0,033 zülal, leykositdə çox çıxdı hamiləlik yoxdur qorxuludurmu bu?