Sidiyə çıxanda ağrısız qangəlmə ağrı və sancılı qan gəlmədən daha təhlükəlidir.
“Medicina” xəbər verir ki, onkouroloq Mark Qodzian hematuriyanın kiçik çanaq orqanlarında şişlərdə ola biləcəyini açıqlayıb.
“Çox zaman insanlar məhz bu əlaməti gördükdə həkimə gəlir. Əgər sidikdə qan heç bir ağrı olmadan, sakit halda gəlirsə, təsadüfən xəstə görürsə, bu təhlükəli xəstəiliyin siqnalı ola bilər.
80% halda bu, prostat, sidik kanalında bədxassəli şişlərdən xəbər verir.
Adətən sidikdə qan böyrəklərdə problemlərdən hesab olunur. Amma təcrübədə bu çox az təsdiq olunur.
Adətən sidikdə ağrısız qan sidik kanalı, böyrək ləyəni, prostat, qadınlarda uşaqlıq yolu xərçəngindən olur.
Kim ki, sidikdə qan izləri aşkarlasa, yubanmadan müayinə olunmaq lazımdır”.
Aygün