Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidikdə görünən təhlükəli 6 dəyişiklik

  • 2022.09.15 18:45
  • 2627 Baxış
Sidikdə görünən təhlükəli 6 dəyişiklik


Sidikdə baş verən dəyişikliklərə diqqətli olmaq lazımdır. Çünki sidik insanın öz xəstəliyini təyin etməsi üçün vacib siqnaldır.


"Medicina" xəbər verir ki, sağlam insanın sidiyi şəffaf, heç bir kəskin qoxusu olmayan, açıq sarı rəngdə olmalıdır.

Sağlam insan gündə 8 dəfə sidiyə gedə bilər. Bu zaman heç bir yanğı, diskomfort hissi keçirməməlidir.

Uroloq Vadim Başkatov sidikdə 6 ciddi əlaməti açıqlayıb.

"Sidik çox tünd sarıdır. Bu susuzluq işarəsidir.

Amma su içəndən sonra da sidiyin rəngi açılmırsa, böyrəklərdə problem olduğunu göstərir.

Sidik zamanı ağrı olur - əb təhlükəli simptomdur.

Sidik çox bulanıqdır, seliklidir - cinsi və sidik yolu infeksiyalarından xəbər verir.
Kəskin qoxu var - infeksiya, qaraciyər və s.

Sidik şirin qoxuludur - diabetin işarəsi ola bilər.


Sidikdə qan - böyrəklərin infeksiyası, daş, prostatit və xərçəng əlaməti ola bilər".


Aygün Musayeva