Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sidik qaçırmanın xalq təbabəti ilə müalicəsi

  • 2019.10.24 09:54
  • 17403 Baxış
Sidik qaçırmanın xalq təbabəti ilə müalicəsi

Sidik qaçırma əsasən qadın problemi sayılır. Sidiyi saxlaya bilməmək halı
həyat üçün təhlükəli olmasa da ciddi tibbi-sosial və psixoloji bir problemdir.


 


 


Bu problem qadınların həyat və iş ritminə çox pis təsir edir, bu vəziyyətə
alışmaq əksər hallarda çox çətin olur və ya mümkün olmur. Qeyri-iradi sidik
ifrazı əsəb sisteminə islaholunmaz zədələr vurur. Xəstəlik bəzən çox
ciddi psixi və emosional pozuntularla müşahidə olunur ki, nəticədə sosial
dezadaptasiyaya (cəmiyyətdən qaçmağa, təcrid olunmağa) gətirib çıxara bilər.


 


 


Qadınlarda sidik qaçırma dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı,
habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü
zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur.
Statistika göstərir ki, 30 yaşdan sonra hər 3 qadından biri bu problemlə
üzləşir. Təəssüf ki, qadınların əksəriyyəti bu haldan utanaraq həkimə müraciət
etmir.


 


 


Bu pozulmanın əsas səbəblərindan biri sidik kisəsinin və sidik yollarının xroniki
iltihablarıdır. Xalq təbabətində bu pozulma ilə mübarizə etmək üçün bir
çox vasitələr var.


 


 


Medicina.az belə vasitələrdən
bəzilərini təqdim edir:


 


 


Bağayarpağı dəmləməsi


1 x.q. quru bağayarpağı otunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin,
süzün. Gün ərzində 2 dəfə yarım stəkan olmaqla için. Qəbul etdikdən əvvəl
dəmləməyə 1 çay qaşığı bal əlavə edin.


 


 


Qatırquyruğu dəmləməsi


1 x.q. quru qatırquyruğu otunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin,
süzün. Gündə 2 dəfə yarım stəkan olmaqla için. İçəndə bal əlavə edin.


 


 


Darçın dəmləməsi


1 darçın çubuğunu xırda doğrayın, üzərinə 1 stəkan qaynar su tökün, zəif
odun üzərinə qoyun, qaynara düşəndə qırağa qoyun, soyudun, gündə 2 dəfə yarım
stəkan olmaqla için.


 


 


Razyana dəmləməsi


1 x.q. razyananın üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə dəmləyin,
süzün. Gündə 2 dəfə yarım stəkan olmaqla için.


Təbii ki, bütün digər xalq təbabəti vasitələri kimi, sadaladığımız vasitələr
də pozulmanın yalnız ilkin mərhələlərində kömək edə bilər.


Sidik qaçırmanın hallarını azaltmaq üçün həmçinin qəhvə və çayın qəbulunu
minimuma azaltmaq, artıq çəkidən xilas olunmaq, qəbizliyi (varsa) müalicə
etmək, fiziki aktiv olmaq lazımdır.


 


 

 
Sidik qaçırmanın xalq təbabəti ilə müalicəsi
Sidik qaçırmanın xalq təbabəti ilə müalicəsi
Sidik qaçırmanın xalq təbabəti ilə müalicəsi