Sidik qaçırma əsasən qadın problemi sayılır. Sidiyi saxlaya bilməmək halı həyat üçün təhlükəli olmasa da ciddi tibbi-sosial və psixoloji bir problemdir.
Medicina.az xəbər verir ki, bu problem qadınların həyat və iş ritminə çox pis təsir edir, bu vəziyyətə alışmaq əksər hallarda çox çətin olur və ya mümkün olmur. Qeyri-iradi sidik ifrazı əsəb sisteminə islaholunmaz zədələr vurur. Qadınlarda sidik qaçırma dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı,
habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü
zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur.
Bu pozulmanın əsas səbəblərindan biri sidik kisəsinin və sidik yollarının xroniki
iltihablarıdır. Xalq təbabətində bu pozulma ilə mübarizə etmək üçün bir çox vasitələr var. Bunlardan bəzilərini sizə təqdim edirik:
Razyana dəmləməsi
1 x.q. razyananın üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə dəmləyin,süzün. Gündə 2 dəfə yarım stəkan olmaqla için.
Bağayarpağı dəmləməsi
1 x.q. quru bağayarpağı otunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin, süzün. Gün ərzində 2 dəfə yarım stəkan olmaqla için. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin.
Darçın dəmləməsi
1 darçın çubuğunu xırda doğrayın, üzərinə 1 stəkan qaynar su tökün, zəif
odun üzərinə qoyun, qaynara düşəndə qırağa qoyun, soyudun, gündə 2 dəfə yarım stəkan olmaqla için.
Salam 9yawinda qiz uşağı geceler,arada bir gunduzlerde sidik qacirir ,bunun ucun ne etmek olar, zehmet olmasa yazardiniz
Salam 7 yas uşaqlar üçün ne vermek lazımdı sidiy qaçırmasına göre
Salam.28 yaşım var.evli deyiləm. Gündüz sidiyi güclə saxlayıram. Gecələr hərdən yuxuda istədiyimi görürəm. Həmən an ayrılıram və görürəm ki yatağa isəyirəm. Şəxsən nədən ola bilər?
Quluyev
Salam usaglara ne vermek olar gece sidiy qacirmasina gore
19991919